Övladlığa götürülmüşdü, illər sonra öv ata-anasına görə bu addımı atdı

saytların hazırlanması

Evə çatdırılma

Övladlığa götürülmüşdü, illər sonra öv ata-anasına görə bu addımı atdı

Sosial

30 Oktyabr 2026 17:08 79


Azərbaycanda 10 yaşında olarkən nənəsi tərəfindən övladlığa götürülən qız 24 il sonra övladlığa götürülmənin ləğvi üçün məhkəməyə müraciət edib.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, hazırda 34 yaşı olan qadın iddia ərizəsində qeyd edib ki, övladlığa götürmə institutunun yaradılmasına səbəb olan sosial və ailəvi şərait artıq mövcud deyil.

Hazırda yetkinlik yaşına çatdığını, tam fəaliyyət qabiliyyətli şəxs olduğunu bildirən qadın qeyd edib ki, onun məqsədi ailə münasibətlərini dəyişdirmək, hər hansı şəxsin hüquqlarını məhdudlaşdırmaq və ya yeni hüquqlar əldə etmək deyil.  Marqarita pizza

İş üzrə onun iddiasının məqsədi yalnız dövlət qeydiyyatının obyektiv hüquqi və bioloji həqiqətə uyğunlaşdırılması, doğum haqqında akt qeydinin həqiqi mənşəyimə uyğun vəziyyətə qaytarılması, bioloji valideynləri haqqında məlumatların bərpa edilməsi və hüquqi identikliyinin dövlət qeydiyyatında düzgün əks etdirilməsidir. 

Qadın bildirib ki, bu iddia irəli sürülərkən iş üzrə hüquqlarına toxunan bütün sağ şəxslərin iradəsi üst-üstə düşür. Bioloji ana və övladlığa götürən şəxs iddia tələblərini dəstəkləyir, bioloji ata isə övladlığa götürmə baş verməzdən əvvəl vəfat etdiyindən onun razılığının alınması hüquqi və faktiki baxımdan mümkün olmayıb.

Göstərilənləri nəzərə alaraq iddiaçı 2002-ci ildə məhkəmə qətnaməsi ilə həyata keçirilmiş övladlığa götürmənin ləğv edilməsini istəyib. O, övladlığa götürülmə ilə əlaqədar doğum haqqında akt qeydində edilmiş dəyişikliklərin aradan qaldırılmasını və sənəddə bioloji atası və anasının adlarının bərpa edilməsini xahiş edib.

Şahin Abdullayevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə övladlığa götürmənin ləğv edilməsi qanunvericiliyin tələbləri uyğun olduğundan, iddia tələbi əsaslı hesab olunub. Qərara əsasən, qadının yeni doğum haqqında şəhadətnaməsində öz bioloji ata və anasının adları qeyd olunacaq.

2002-ci ildə övladlığa götürmə ilə əlaqədar verilən şəhadətnamədə qadının ata və ana qrafasında onu nənə və babasının adları yazılmışdı. Qadının bioloji atası 1999-cu ildə vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!