İlham Əliyevin Türkiyəyə getməməsinin səbəbi açıqlandı – DEPUTAT

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin Türkiyəyə getməməsinin səbəbi açıqlandı – DEPUTAT

Siyasət

29 Oktyabr 2026 17:24 205


"Azərbaycan hər zaman Türk dövlətləri arasında əməkdaşlığın güclənməsinə, inkişafına özünün töhfəsini verib və bu prosesdə həmişə maraqlı olub".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, bir çox işlərlə əlaqədar olaraq cənab prezident Türkiyəyə səfərə getməyəcək:

"Ancaq bu dəfə bir çox işlərlə əlaqədar olaraq cənab prezident Türkiyəyə səfərə getməyəcək. Bakıda çox mühüm bir tədbir keçiriləcək. Cənab prezident həmin tədbirdə iştirak edəcək və eyni zamanda mükafatlandırma mərasiminə qatılacaq. Cənab prezidentin qrafiki sıx olduğuna görə bu tədbirə qatılmayacaq.  pizza sifarişi

Belə hallar əvvəl də olub. Yəni söhbət ondan gedir ki, Şuşada keçirilən zirvədə Ərdoğan iştirak etməmişdi. Həmçinin Bakıdakı son ECO-nun tədbirində də iştirak etməmişdi. Onu Hakan Fidan, əvvəl isə Cevdet Yılmaz əvəz etmişdi. Bu mənada belə bir addımın atılması təbiidir və bu cür hallar normal bir məsələ kimi qəbul edilməlidir. 

Hesab edirəm ki, bu mənada biz məsələyə baxmalıyıq ki, beynəlxalq təcrübədə bu kimi hallar kifayət qədərdir. Və ona görə bu cür halları biz normal qəbul etməliyik. Yəni Şuşada keçirilən görüşdə Ərdoğan Berlində idi və Şuşaya gələ bilmədi. Onun yerinə vitse-prezident Cevdet Yılmaz gəldi. Bu mənada hazırda bu məsələni, bu vəzifəni Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov yerinə yetirəcək". 

Qeyd edək ki, Azərbaycanı TDT-nin Zirvə görüşündə Xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Prezident İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!