2027-ci il imtahanları ilə bağlı   YENİLİK OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

2027-ci il imtahanları ilə bağlı YENİLİK OLACAQ

Sosial

08 Sentyabr 2026 13:00 178


2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında hansı dəyişikliklərin olacağı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, 2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur.

Onun sözlərinə görə, 9 və 11-ci siniflər üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır və yaxın günlərdə DİM-in saytında yerləşdiriləcək. Dördpendirli pizza

DİM sədri qeyd edib ki, proqramlara yalnız şagirdlərin tədris prosesində keçdikləri mövzular daxil edilib. Yeni dərsliklərdə yer alan, lakin hazırda 11-ci sinifdə oxuyan şagirdlərin təhsil almadığı mövzular 2027-ci ilin imtahan proqramlarına salınmayıb.

Bildirilib ki, 9-cu siniflər üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq. 11-ci siniflərin buraxılış imtahanında isə yalnız xarici dil fənni üzrə dəyişiklik ediləcək. Şagirdlərdən verilmiş sual və ya fikir əsasında öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazmaları tələb olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik olmayacaq. 2026-cı ildə tətbiq olunan model 2027-ci ildə də qüvvədə qalacaq.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!