ABŞ 85 milyon dollar ayıracaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ 85 milyon dollar ayıracaq

Dünya

10 Fevral 2023 07:15 757


ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün 85 milyon dollar ayırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlər ilə bağlı artan humanitar ehtiyacları qarşılamaq üçün 85 milyon dollar ayıracaq. Qeyd olunub ki, vəsait humanitar təşkilatlar vasitəsilə "təcili olaraq ehtiyac duyulan yardımı milyonlarla insana çatdırmaq" üçün yönəldiləcək. pizza sifarişi

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!