ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası raket hücumuna məruz qalıb.
Yenisabah.az “The Hill”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi mayor Con Mur məlumat yayıb.
Bir gün əvvəl ABŞ-ın hava hücumları nəticəsində İranın dəstəklədiyi qruplar hədəfı alınıb. pizza mizza
O qeyd edib ki, Əl-Ömər yatağının ərazisində yerləşən bazanın atəşə tutulması nəticəsində itki yoxdur.
Daha əvvəl Pentaqon bildirib ki, ABŞ cümə axşamı gecəsi Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli birləşmələrə zərbələr endirib.
Suriyanın şərqində 900-ə yaxın ABŞ əsgəri yerləşdirilib. Eyni zamanda, bu həftə CENTCOM-un rəhbəri general Maykl Kurilla bildirib ki, 2021-ci ildən bəri iranyönlü qruplar Suriyada ABŞ hərbçilərinə azı 78 dəfə hücum edib.
Telegram kanalımız