ABŞ-da qar çovğunu oldu,   9 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da qar çovğunu oldu, 9 nəfər öldü

Dünya

24 Dekabr 2022 10:20 847


ABŞ-da qar çovğunu nəticəsində azı 9 nəfər ölüb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən baş verən qəzalar nəticəsində insan tələfatları Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb. Toyuqlu pizza

Qeyd edək ki, bu həftə ABŞ-ın böyük hissəsi əlverişsiz hava şəraiti - soyuq hava, güclü külək və qar yağışı ilə üzləşib. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb, Vayominq ştatında isə havanın temperaturu -41 dərəcəni göstərib.

Məlumata görə, cümə günü ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 5,4 mindən çox reys ləğv edilib. Çovğun səbəbindən ölkədə 590 mindən çox ev və müəssisə işıqsız qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!