ABŞ-dan sensassion açıqlama

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan sensassion açıqlama

Dünya

15 Sentyabr 2026 15:34 92


Birləşmiş Ştatlar beynəlxalq hərbi-siyasi müstəvidə ciddi rezonans doğuracaq bəyanatla çıxış edib. Vaşinqton administrasiyası ilk dəfə olaraq Yer orbitində döyüş təyinatlı kosmik silahların yerləşdirildiyini rəsmən təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk (Troy Meink) "Air, Space & Cyber" konfransındakı çıxışı zamanı məlumat verib.

Troy Meynk bildirib ki, Vaşinqton artan qlobal təhdidlərə cavab olaraq kosmik məkan müdafiəsini keyfiyyətcə yeni mərhələyə qaldırıb: Dördpendirli pizza

"Bu gün biz inkişaf edən təhdidlərlə mübarizəyə hazır olmağımızı təmin edirik. Məhz buna görə də Birləşmiş Ştatların hazırda orbitdə müttəfiq qüvvələri düşmənlərin düşmənçilik əməllərindən qorumağa qadir olan kosmik nəzarət silahları var."

Pentaqon rəhbərliyi orbital müdafiə sistemlərinin həm kinetik (fiziki məhv etmə), həm də kinetik olmayan (elektron və elektromaqnit təsir) vasitələri əhatə etdiyini diqqətə çatdırıb. Lakin təhlükəsizlik mülahizələrinə görə yerləşdirilən silahların dəqiq tipi, sayı və yerləşdiyi orbital koordinatlar məxfi saxlanılır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!