ABŞ-dən İrana mühüm   TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dən İrana mühüm TƏKLİF

Siyasət

28 Sentyabr 2026 21:51 635


Süni intellekt (AI) texnologiyalarının inkişafı və təhlükəsizlik riskləri beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olmaqda davam edir.

“Yeni Sabah” xəbər verir ki, "OpenAI" və "Anthropic" şirkətlərinin rəhbərləri Avstraliya və ABŞ dövlət qurumlarına qarşı süni intellekt vasitəsilə həyata keçirilən kiberhücumlar fonunda Avstraliya parlamentinə dəvət olunublar. Qanunvericilərin şirkət rəhbərlərindən AI texnologiyalarının kibertəhlükəsizlik riskləri və bu cür hücumların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə izahat tələb edəcəyi gözlənilir.

Eyni zamanda, "Microsoft"un təsisçisi Bill Qeyts də süni intellektin nəzarətdən çıxma riskləri ilə bağlı xəbərdarlıqlarını yeniləyib. Texnologiya nəhəngi AI-nin gələcəkdə yarada biləcəyi qlobal təhlükələrə diqqət çəkərək, ABŞ Konqresini bu sahədə hüquqi çərçivənin müəyyənləşdirilməsi və təxirəsalınmaz qanunvericilik aktlarının qəbul edilməsi üçün fəal addımlar atmağa çağırıb. Dominos pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!