ABŞ Prezidenti Donald Tramp İraqdakı son Amerika hərbçilərinin ölkədən çıxarılmasından sonra Bağdada mesaj göndərib.
“Yeni Sabah” xəbər verir ki, Tramp Texasda keçirəcəyi tədbirlər üçün Vaşinqtonu tərk edərkən Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırıb. İraqdakı bütün Amerika hərbçilərinin ölkədən çıxarılmasından sonra bu ölkə ilə bağlı fikirləri soruşulan Tramp “Müttəfiqlərimizi heç vaxt tərk etmərəm” deyə cavab verib.
ABŞ Müdafiə Nazirliyi daha əvvəl ABŞ və İraq arasında 2024-cü ilin sentyabrında əldə olunan razılaşmaya və Amerikanın milli maraqlarına uyğun olaraq ABŞ və koalisiya qüvvələrinin İraqdan çıxarılması prosesinin başa çatdığını açıqlayıb. ABŞ Mərkəzi Komandanlığının yaydığı açıqlamada bildirilib ki, sentyabrın 30-da Ərbil Hava Bazasından Amerika qüvvələri və hərbi texnikasının çıxarılması başa çatdırılıb. Bununla da İraqda “Inherent Resolve” əməliyyatına son qoyulub. Tramp da sosial şəbəkə hesabında İraqdakı son Amerika hərbçilərinin ölkədən çıxarılmasından məmnun olduğunu bildirib. Marqarita pizza
Qeyd edək ki, ABŞ 2003-cü ilin martında Səddam Hüseyn hakimiyyətini devirmək məqsədilə İraqa müdaxilə edib. Ölkədə ABŞ-yə məxsus 9 hərbi bazanın olduğu bildirilirdi. Amerika 2011-ci ildə İraqdan qoşunlarını çıxarsa da, sonrakı illərdə ölkədə hərbi mövcudluğunu davam etdirib.
2003-cü ildə başlayan ABŞ hərbi müdaxiləsi illər ərzində böyük dağıntılara və ağır insan itkilərinə səbəb olub. Amerika qüvvələrinin İraqdakı hərbi fəaliyyəti beləliklə başa çatıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız