ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İran neftinə ehtiyacı olmadığını deyib.
"Yeni Sabah" xəbər verir ki, Tramp bu barədə Baltimor şəhərində çıxışı zamanı danışıb.
Hazırda Hörmüz boğazının ABŞ Hərbi Dəniz Qüvvələrinin tam nəzarətində olduğunu bildirən Tramp boğazın ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsus olduğunu deyib. pizza hut
“Bununla belə, bizim onların neftinə ehtiyacımız yoxdur. Onların neftinə başqalarının, həm də çox ehtiyacı var. Biz isə onun ixracını təmin edirik. Bunu rekord səviyyədə həyata keçiririk”, - Tramp əlavə edib./APA
Telegram kanalımız