“Açıq mikrofon” daha 2 rayonda qurulacaq

saytların hazırlanması

Evə çatdırılma

“Açıq mikrofon” daha 2 rayonda qurulacaq

Sosial

25 İyun 2022 19:09 933


Növbəti həftə daha iki rayon və şəhərdə "açıq mikrafon" aksiyası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, növbəti həftə 28 iyun və 1 iyul tarixlərində daha 2 rayon və 2 şəhərdə “Açıq mikrofon” aksiyaları keçiriləcək. pizza hut

Aksiya həftənin ikinci günü saat 11:00-da  Gəncə şəhərində (Qələbə Parkı), 3-cü günü saat 11:00-da Samux rayonunda ( Arif Nəbiyev 54,  İcra nümayəndəliyi) 4-cü günü 15:00 da Goranboy rayonunda (Gənclər Parkı) , 5-ci günü saat 11:00-da Naftalan şəhərində (Nəriman Nərimanov Parkı ) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!