Admiral Şəmxani Rusiyaya getdi

Admiral Şəmxani Rusiyaya getdi

Dünya

07 Fevral 2023 10:59 465


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxani Moskvada 5-ci regional təhlükəsizlik dialoqu toplantısında iştirak etmək üçün Rusiyaya yola düşüb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, tədbirə Əfqanıstanla qonşu dövlətlərinin milli təhlükəsizlik təşkilatının katibləri, müşavirləri və nümayəndələri qatılacaq.

Bu görüş çərçivəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi bəzi vəzifədaşları ilə ayrıca görüşəcək, ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcək. Admiral Ə. Şəmxani Rusiya Federasiyasının da yüksək vəzifəli rəsmiləri ilə ünsiyyətdə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!