Adriana Limanın son görüntüləri sosial medianın diqqətini çəkib.
“Yeni Sabah” xəbər verir ki, 45 yaşlı model İspaniyanın Madrid şəhərində keçirilən tədbirlərdən birində kameralar qarşısına keçib.
O, gecəyə qara libasda qatılıb, saçlarını toplayıb və sadə makiyaja üstünlük verib. Pepperoni pizza
A.Limanın son görüntülərini görən sosial media istifadəçiləri onun daha gənc göründüyünü qeyd ediblər.
Paylaşımların şərh bölməsində “45 yox, 25 yaşındadır”, “İllər onun üçün geriyə gedir” kimi rəylər yazılıb.
Adriana Lima son dövrlərdə görünüşündəki dəyişikliklərlə tez-tez gündəmə gəlir. Onun yeni görüntüləri isə xüsusilə karyerasının ilk illərindəki görünüşünü xatırladıb.
Aydan Hacı
Telegram kanalımız