Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə bilet satış müddətini artırıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sərnişin məmnuniyyətinin artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddəti mərhələli şəkildə uzadılır. Dominos pizza
Məlumata görə, yeni tətbiq olunan mexanizmə əsasən, hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.
Qeyd olunub ki, bu yenilik sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı hazırlıqlarını daha rahat həyata keçirməyə imkan verəcək. Eyni zamanda, satış müddətinin artırılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə şərait yaradacaq.
ADY həmçinin Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin təşkili istiqamətində işlərin davam etdiyini açıqlayıb. Bildirilib ki, əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqlarını başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.
Aytac Əliyeva
Telegram kanalımız