ADY-dən sərnişinlərə xəbərdarlıq -   Qrafik dəyişdi!

saytların hazırlanması

Evə çatdırılma

ADY-dən sərnişinlərə xəbərdarlıq - Qrafik dəyişdi!

Sosial

28 Avqust 2026 11:50 92


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.

"Yeni Sabah" xəbər verir ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir.

Körpüdə bərpa işlərinin başlaması ilə əlaqədar şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Xırdalan–Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişdirilməsi səbəbindən qatarların mənzil başına çatma müddəti müvəqqəti olaraq artıb. Marqarita pizza

ADY bildirib ki, yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir.

Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reyslərinin sayı 84-dən 90-a çatdırılıb.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamətdə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki yenidən tənzimlənəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.

ADY-nin əsas prioriteti bərpa işlərini mümkün qədər operativ şəkildə, bütün təhlükəsizlik tələblərinə tam riayət etməklə yekunlaşdırmaqdır. Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpa olunması nəzərdə tutulur.

Qeyd olunub ki, müvəqqəti dəyişikliklərin sərnişinlər üçün yaratdığı çətinliklər nəzərə alınır. ADY daha təhlükəsiz və etibarlı dəmir yolu infrastrukturu üçün görülən işlər müddətində sərnişinlərin göstərdiyi anlayışa görə təşəkkür edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!