Bu gün səhər saatlarında aeroport yolunda, “Koroğlu” metrostansiyası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, qəza zamanı yük maşını aşıb. Hadisə anında ətrafda olan vətəndaşlar və digər sürücülər dərhal köməyə tələsiblər.
Hadisə zamanı yaşlı sürücü aşan yük maşınının içərisində qalıb. Ətrafdakı sakinlərin birgə səyləri nəticəsində o, avtomobildən çıxarılıb. Qəza və sürücünün avtomobildən çıxarılması anları ərazidə olan şəxslər tərəfindən mobil telefonla qeydə alınıb. pizza hut
Aytac Əliyeva
Telegram kanalımız