Afət Fərmanqızı ailə həyatı qurdu:   “15 il əvvəl evlilik təklifi etmişdi” - Video

saytların hazırlanması

Evə çatdırılma

Afət Fərmanqızı ailə həyatı qurdu: “15 il əvvəl evlilik təklifi etmişdi” - Video

Şou

19 Yanvar 2022 20:05 3988


Müğənni Afət Fərmanqızı şəxsi həyatı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, "Üzbəüz" verilişinə dəvət olunan sənətçi sevdiyi şəxslə evlilik yolunda ilk addım atdığını bildirib. Fərmanqızı Rusiyada nikaha daxil olduğunu deyib:

"İstədim, hamıya kütləvi cavab verim. Bunun üçün video paylaşdım ki, sabah haradasa onunla görüntülənsəm, deməsinlər ki, bu kimdir? Oğurluq etməmişəm, kiminsə həyat yoldaşı deyil ki, çəkinim, ikimiz də subayıq nədən ehtiyat etməliyik ki? Azərbaycanlıdır, amma Rusiyada böyüyüb. Mənə 15 il əvvəl evlilik təklifi etmişdi, amma "yox" demişdim. Rusiyada proseslər tez olduğu üçün orada nikahımız oldu. Hər kəs bilsin ki, ərə getmişəm. Şou biznesdə yeganə müğənniyəm ki, həyat yoldaşımın üzünü açıq şəkildə paylaşmışam". Toyuqlu pizza

Qeyd edək ki, bu, Afət Fərmanqızının ikinci evliliyidir. Onun ilk ailə həyatından bir oğlu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!