“Afəti bağışlamamışam” - Flora Kərimova 

saytların hazırlanması

Evə çatdırılma

“Afəti bağışlamamışam” - Flora Kərimova 

Şou

15 Avqust 2024 10:17 1048


Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Məhkəmədə tərəflər arasında barışığın əldə olunması ilə bağlı məlumat yayılıb. 

Axşam.az-ın məlumatına görə, F.Kərimova məsələyə münasibət bildirib. O, çıxan xəbərləri təkzib edib. 

"Bu xəbərin mənbəyi kimdir? Bağışlayan tərəf mənəmsə, mən bağışlamamışam", deyə, sənətçi paylaşımında yazıb.  pizza

Xatırladaq ki, tərəflərinin barışıq əldə etməsi ilə bağlı xəbəri APA yayıb. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!