Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, iclasda müxtəlif liqalarda keçirilən oyunlarda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Komitə üç komandanı texniki məğlubiyyətlə cəzalandırıb. Marqarita pizza
AFFA U-14 Liqasında keçirilməsi nəzərdə tutulan "Səbail" - "Zəfər" oyunu "Səbail" komandasının oyun protokolunu doldurmaması və ev sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş tutmayıb. Buna görə "Səbail"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında keçirilən "Hilal Ağsu" - "Şamaxı" matçında isə meydan sahiblərinin ehtiyat heyətinə Əsasnamənin tələblərini pozaraq 9 futbolçu əlavə etdiyi müəyyənləşib. Nəticədə "Hilal Ağsu" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmin gün AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan "Polad" - "Sumqayıt City" oyunu da baş tutmayıb. "Polad" komandasının təyin olunmuş vaxtda oyuna gəlməməsi səbəbindən ona 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb.
Telegram kanalımız