“Ağacların başına dırmaşmaqdan başım daima bəlalı olub”

saytların hazırlanması

Evə çatdırılma

“Ağacların başına dırmaşmaqdan başım daima bəlalı olub”

Şou

26 İyul 2023 17:26 672


"Mən anasız böyümüş, gözəgəlimli, bir az sevimli, mahnılar oxuyanam. Bəzən mükəmməl, bəzən kaprizli, bir az yaramaz... Birdən gördüm gözlər üzərimdədir. Elə bildim böyümüşəm, artıq tale öz əlimdədir. Alçaqlardan, düzüb, qoşulan iftiralardan xəbərim yox idi. Tikdikləri torbalardan, atılacaq palçıqlardan xəbərsiz idim". 

Yenisabah.az xəbər verir ki, bu gilüy-güzar Xalq artisti Brilliant Dadaşovaya məxsusdur. Sənətçi sosial şəbəkə hesabında ona şər atanlardan şikayətlənib:

"Xəbərim yox cılız xislətli insanların murdar əməlindən, qazılan quyuların təməlindən. Elə bilirdim güc yalnız bizi qoruyan qayalardadır. Qayaların üstündə gəzməkdən dizlərim qəlbim kimi kimi hər zaman qanlı, yaralı olub. Ağacların başına dırmaşmaqdan başım daima bəlalı olub. Uşaqlıqdan Xəzərin dalğalarının əksinə üzdüyüm vərdişimlə dırnağımla, dişimlə gücə qüvvəyə sinə gərməyə alışdım. Ömürboyu alın tərimlə, sənətimlə çalışdım. Bu minvalla dünyanı dolaşdım. Dərə, təpə çətinlikləri ruhumun gücüylə aşdım". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!