Ağdam sakininin evinə mərmi düşdü
28 Sen 2020 00:12
378

Ağdam sakininin evinə mərmi düşdü

Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Yenisabah.az xəbər verir ki, işağlçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər