Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina partlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Hadisə humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən baş verib. O, sağ ayaq nahiyəsindən xəsarət alıb. pizza
1998-ci il təvəllüdlü digər əməkdaş Füzuli Mirzəyev isə yüngül bədən xəsarətləri alıb.
Hər iki şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib, vəziyyətləri qənaətbəxşdir.
TƏBİB Çardaqlı kəndi ərazisində baş verən partlayışda xəsarət alanlara dair məlumat yayıb.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ə.Surxaylıya sağ aşıq baldırın amputasiyası, F.Musayevə isə qarnının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib. O,
Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Telegram kanalımız