Agentlik 718 minlik müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Agentlik 718 minlik müqavilə imzaladı

İqtisadiyyat

28 Sentyabr 2026 14:30 103


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınması üzrə iri həcmli tenderə yekun vurub.

“Yeni Sabah” xəbər verir ki, publik hüquqi şəxs içməli su daşıyan və asenizator maşınlarının satın alınması ilə bağlı “HAYAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Tərəflər arasında bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 718 998,78 AZN (718 min manatdan çox) təşkil edir. pizza sifarişi

Qeyd edək ki, sözügedən şirkət haqqında bir neçə il əvvəl Goranboy Rayon Prokurorluğunda araşdırma aparılıb. Baş Prokurorluğun məlumatına görə, şirkət rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisindəki inşaat işlərinə cəlb edilməsi faktı müəyyən olunub və işçilərin əmək hüquqlarının pozulması ilə bağlı müvafiq tədbirlər görülüb.Formanın Yuxarısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!