Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayır.
Valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər. Dominos pizza
Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır.
Telegram kanalımız