“Ağzınızdan zəhər tökülür” - Nigar Camaldan diqqətçəkən paylaşım

saytların hazırlanması

Evə çatdırılma

“Ağzınızdan zəhər tökülür” - Nigar Camaldan diqqətçəkən paylaşım

Şou

15 Oktyabr 2026 11:55 83


Müğənni Nigar Camal sosial şəbəkələrdə təhqir, qarğış və böhtan xarakterli şərhlər yazanlara irad bildirib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Mənə bir şey maraqlıdır: sosial şəbəkədə bu qədər çirkin şərhlər yazan, ağzına gələni danışan, qarğış yağdıran, şər-böhtan atan insanlar, siz doğrudan da özünüzü yaxşı insan hesab edirsiniz? pizza hut

Elə bilirsiniz, Allah sizi içinizdəki bu qədər kinə, paxıllığa, nifrətə və ağzınızdan tökülən zəhərə görə sevəcək, üstəlik, bir də mükafatlandıracaq? ????

Kaş ki, içinizdəki bütün bu kini, paxıllığı və nifrəti sevgiyə, mərhəmətə və ehtiyacı olan insanlara kömək etmək istəyinə çevirəydiniz. Bəlkə onda bu dünyaya bir az da olsa xeyriniz dəyərdi”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!