Aİ lideri Çinlə mürəkkəb münasibətlərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Aİ lideri Çinlə mürəkkəb münasibətlərdən danışdı

Dünya

06 Aprel 2023 17:11 603


Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Çinin baş naziri Li Qian ilə görüşüb.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, o həm Avropa, həm də Çin  münasibətdən böyük fayda əldə etdiyini bildirib:

"Lakin Avropa İttifaqı və Çin arasında münasibətlər son illərdə daha mürəkkəbləşib. Vacibdir ki, bu gün bizim münasibətlərimizin bütün aspektlərini birlikdə müzakirə edək”. pizza sifarişi

Səfərdən əvvəl fon der Leyen Brüsseldə Çinə həsr olunmuş məruzə ilə çıxış edib. O qeyd edib ki, Ukraynadakı vəziyyətlə bağlı ÇXR-in mövqeyi tərəflər arasında münasibətlərin inkişafını müəyyən edəcək.

Eyni zamanda o, Aİ-nin məqsədinin Pekinlə münasibətlərdə diplomatik sabitliyin yaradılması olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!