Moldova Avropa İttifaqından (Aİ) makromaliyyə yardımı kimi 145 milyon avro alacaq.
Yenisabah.az Point.md-yə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
O deyib: “Biz Moldova ilə həmrəyik, çünki Ukraynadakı amansız müharibənin şok dalğaları ölkəyə təsir etməkdə davam edir. Bu gün Moldovaya makromaliyyə yardımına 145 milyon avro əlavə etməyi təklif edirik”. pizza sifarişi
Ursula fon der Leyen əlavə edib ki, pul dövlətin iqtisadiyyatına və enerji təhlükəsizliyinə dəstək üçün ayrılacaq.
Telegram kanalımız