Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı

Dünya

16 Noyabr 2026 14:53 41


Avropa İttifaqı (Aİ) Ukraynaya “Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, Abu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə ayrılan ən böyük birdəfəlik ödənişdir.

Vəsaitin təxminən 5 milyard avrosu 2026-cı il üçün nəzərdə tutulan “Ukraine Support Loan” proqramından təmin ediləcək. Elektronika məhsulları

Maliyyə vəsaitinin köçürülməsi Ukraynanın “Ukrayna Planı” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. Həmin plan ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyasını, eləcə də islahatların həyata keçirilməsi qrafikini müəyyən edir.

Xatırladaq ki, “Ukraine Facility” proqramı 2024-cü il martın 1-də qüvvəyə minib. Proqram 2024–2027-ci illərdə Ukraynaya bərpa, yenidənqurma və modernləşmə məqsədilə qrant və kreditlər şəklində 50 milyard avrodan çox maliyyə dəstəyi göstərilməsini nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!