Dövlət büdcəsinin 38,6 milyardlıq gəlir mənbələri AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsinin 38,6 milyardlıq gəlir mənbələri AÇIQLANDI

İqtisadiyyat

16 Noyabr 2026 14:57 53


2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin strukturu və sektorlar üzrə bölgüsü açıqlanıb. Rəsmi statistikaya əsasən, ümumi büdcə daxilolmaları 38 milyard 609 milyon manat həcmində müəyyənləşib. 

“Yeni Sabah” xəbər verir ki, büdcə gəlirlərinin formalaşmasında qeyri-neft-qaz sektorunun payı üstünlük təşkil edir. Belə ki, ümumi gəlirlərin 57,4 faizi və ya 22 milyard 174 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşır ki, bu da əvvəlki illə müqayisədə 10,6 faiz artım deməkdir. Neft-qaz sektorunun payı isə 42,6 faiz təşkil etməklə 16 milyard 435 milyon manat səviyyəsində qeydə alınıb. Ötən illə müqayisədə neft-qaz sektorundan daxilolmalarda 10,2 faiz azalma müşahidə olunub. 

Neft-qaz sektoru üzrə gəlirlərin tərkibinə nəzər saldıqda məlum olur ki, daxilolmaların əsas hissəsini – 78,1 faizini və ya 12 milyard 835 milyon manatını Dövlət Neft Fondundan (ARDNF) transfert təşkil edir. Bundan başqa, SOCAR-ın büdcə ödənişləri 1 milyard 700 milyon manat (10,3 faiz), “Şahdəniz” qaz-kondensat layihəsi üzrə mənfəət vergisi 1 milyard 600 milyon manat (9,7 faiz), “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə mənfəət vergisi isə 300 milyon manat (1,8 faiz) həcmindədir.  Elektronika məhsulları

Qeyri-neft-qaz sektoru üzrə gəlirlərin strukturunda isə vergi daxilolmaları liderlik edir. Bu sektor üzrə daxilolmaların 60 faizi və ya 13 milyard 310 milyon manatı vergi orqanlarının, 30,9 faizi və ya 6 milyard 862 milyon manatı isə gömrük orqanlarının xətti ilə təmin olunur. Eyni zamanda, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard 21 milyon manat (4,6 faiz), digər mənbələrdən isə 981 milyon manat (4,4 faiz) vəsaitin daxil olması nəzərdə tutulub. 

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!