Dövlətin milyardları hara yönələcək? – Nazir rəqəmi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Dövlətin milyardları hara yönələcək? – Nazir rəqəmi açıqladı

İqtisadiyyat

16 Noyabr 2026 12:02 67


Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Sahil Babayev gələn ildə dövlət büdcəsindən əsaslı xərclər üçün 5,3 milyard manat məbləğində vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, nazirin sözlərinə görə, qarşıdakı ildə qeyri-neft sektorunun investisiya sahələrində əsas aktivlərin yenilənməsi və modernləşdirilməsi məqsədilə dövlət büdcəsindən məhz həmin vəsait yönəldiləcək.

Sahil Babayev, həmçinin ölkənin strateji prioritetləri sırasında yer alan işğaldan azad edilmiş ərazilərin bərpası və quruculuğu üçün tələb olunan bütün maliyyə vəsaitinin büdcə layihəsində tam həcmdə təmin edildiyini diqqətə çatdırıb. Bakıda online alış-veriş

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!