İmtahandan keçməyən müəllimlərin də maaşı artırılacaq? -   Vacib açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İmtahandan keçməyən müəllimlərin də maaşı artırılacaq? - Vacib açıqlama

Sosial

16 Noyabr 2026 13:12 43


Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Ceyhun Məmmədov müəllimlərin sertifikasiya nəticələrinə əsasən tətbiq olunan əməkhaqqı artımı mexanizmində 10, 25 və 35 faizlik sistemin yaradılmasını təklif edib.

"Yeni Sabah" xəbər verir ki, sertifikasiyadan uğurla keçən pedaqoji işçilərin maaşlarının artırılmasının dövlətin onlara göstərdiyi yüksək diqqət və qayğının əyani göstəricisi olduğunu vurğulayan parlamentari, bununla belə, mövcud 10 və 35 faizlik nisbətə yenidən baxılmasının vacibliyini bildirib.

C.Məmmədov artım mexanizminin məhz 10, 25 və 35 faiz şəklində tənzimlənməsini təklif edib. Online shopping Azərbaycan

Deputat, həmçinin sertifikasiya imtahanlarından hələlik keçə bilməmiş müəllimlərin də əməkhaqlarının müəyyən qədər artırılmasını məqsədəuyğun hesab etdiyini qeyd edib. Onun sözlərinə görө, sertifikasiya tədbirləri uzunmüddətli proses olduğundan hələ bu mərhələdən keçməmiş çoxsaylı təhsil işçiləri mövcuddur və onların maaşlarında kiçik də olsa artımın edilməsi həmin müəllimlərə mühüm sosial dəstək olar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!