“Təbriz” MTK-nın rəhbəri həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

“Təbriz” MTK-nın rəhbəri həbs edildi

Kriminal

16 Noyabr 2026 12:52 72


Xüsusilə külli miqdarda dələduzluqda ittiham edilən sahibkar Nofəl Hacıyev və Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 72 yaşlı Talış Məhəmmədova isə yaşı və səhhəti nəzərə alınmaqla, 1 il sınaq müddəti olunmaqla, 3 il şərti cəza verilib. Online shopping Azərbaycan

Xatırlatma: Nofəl Hacıyev “Təbriz” MTK-nın rəhbəri, Talış Məhəmmədov isə icraçı direktoru olub.

Onlar 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə etməktə ittiham olunurlar.

Onlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.4-cü, 308.2-ci və digər maddələri üzrə ittiham elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!