Azərbaycanda yaxın iki gündə hava əsasən yağmursuz keçəcək, Bakıda qar gözlənilmir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Yeni Sabah”a açıqlamasında bildirib ki, noyabrın 16-sı axşam saatlarından etibarən güclü şimal-qərb küləyi tədricən zəifləyəcək, bölgələrdə müşahidə olunan yağıntılar isə kəsiləcək.
Onun sözlərinə görə, noyabrın 17-18-də Bakıda, Abşeron yarımadasında və bölgələrdə hava əsasən yağmursuz olacaq. Həmin günlərdə mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu isə tədricən yüksələcək. Məişət texnikası
G.Məmmədova vurğulayıb ki, yaxın iki gün ərzində paytaxtda qar yağması gözlənilmir. Hazırda rayonlarda yağıntılar, dağlıq ərazilərdə isə qar müşahidə olunur.
Aytac Əliyeva
Telegram kanalımız