Manatın arxasındakı nəhəng ehtiyat açıqlandı!

saytların hazırlanması

Evə çatdırılma

Manatın arxasındakı nəhəng ehtiyat açıqlandı!

İqtisadiyyat

16 Noyabr 2026 12:26 64


Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 2027-ci ilin sonunda ölkədə ümumi daxili məhsulun (ÜDM) 3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artacağının gözlənildiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, sədr qlobal miqyasda müşahidə olunan geosiyasi gərginliklərə baxmayaraq, respublikada iqtisadi inkişafın ardıcıl şəkildə davam etdiyini, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü və makroiqtisadi sabitliyin qətiyyətlə qorunduğunu vurğulayıb. T.Kazımovun sözlərinə görə, 2026-cı ilin yekununda illik inflyasiyanın 5,1 faiz olacağı, ortamüddətli dövrdə isə hədəf diapazonunda saxlanılacağı proqnozlaşdırılır.

AMB sədri qeyd edib ki, 2026-cı ilin ilk 10 ayında ümumi iqtisadi artım 1,1 faiz, qeyri-neft-qaz sektorunda artım isə 3,9 faiz təşkil edib. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, gələn ilin sonuna qədər bu artım dinamikasının daha da sürətlənəcəyi və qeyri-neft-qaz sektorunun ÜDM-in aparıcı hərverici qüvvəsi olaraq qalacağı gözlənilir. İnternetdən sifariş

Xarici sektorun göstəricilərinə toxunan sədr bildirib ki, 9 aylıq rəsmi gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 10,1 milyard dollar təşkil edib, cari əməliyyatlar balansının 6 aylıq göstəricisi isə ÜDM-in 4 faizinə bərabər olmaqla 4,7 milyard dollar səviyyəsində qeydə alınıb. Onun proqnozuna görə, cari əməliyyatlar balansının profisiti 2026-cı ildə 8,5 milyard dollar, 2027-ci ildə isə 5,5 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

T.Kazımov əlavə edib ki, ölkənin strateji valyuta ehtiyatları cari ilin ilk 10 ayının nəticələrinə əsasən 88,6 milyard dollara çatıb. Bu möhtəşəm ehtiyatlar ölkədə geniş pul kütləsini 3 dəfə, birbaşa xarici dövlət borcunu isə təxminən 7 dəfə üstələməklə milli iqtisadiyyatın və manatın məzənnəsinin dayanıqlılığının etibarlı təminatı olaraq qalır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!