Aİİ sammitində Ermənistanla bağlı bəyanat qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Aİİ sammitində Ermənistanla bağlı bəyanat qəbul edildi

Dünya

29 May 2026 20:33 47


Avrasiya İqtisadi İttifaqının (Aİİ) Astanada keçirilən sammitində iştirak edən dörd ölkənin lideri Ermənistanla bağlı bəyanat qəbul edərək onu ölkənin baş nazir müavini Mqer Qriqoryana təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş zamanı İrəvanın mövqeyi ətrafında yaranmış vəziyyət müzakirə olunub. Dominos pizza

Kreml rəsmisi təsdiqləyib ki, sənədi Ermənistanın baş nazir müavini Mqer Qriqoryan İrəvana aparacaq. O əlavə edib ki, bəyanat Kremlin rəsmi saytında yayımlanacaq.

Qeyd edək ki, Aİİ-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Sammitdə Ermənistanı baş nazir müavini təmsil edib, digər ölkələr isə dövlət başçıları səviyyəsində iştirak ediblər./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!