Akademik koronavirusdan öldü
29 Noy 2020 13:21
612

Akademik koronavirusdan öldü

Rusiya Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Vladimir Fortov bu səhər 75 yaşında dünyasını dəyişib.

Yenisabah.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası sədrinin müavini Vladimir İvanov məlumat verib.

Sədr müavini bildirib ki, görkəmli sovet və rus alimi, Vladimir Evgenieviç Fortov 2013-2017-ci illərdə Rusiya Elmlər Akademiyasının prezidenti olub.

Elmlər Akademiyasının mətbuat xidmətindən qeyd edilib ki, Fortov bir qədər əvvəl koronavirusa yoluxubmuş.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər