Rabitəbank ASC-nin 2026-cı ilin 2-ci rübünə olan faiz riski göstəriciləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ciddi artım nümayiş etdirib.
“Yeni Sabah” xəbər verir ki, faiz dərəcəsinə görə cəmi aktivlər illik müqayisədə 22.5% artaraq 996.37 milyon manatdan 1 milyard 220.90 milyon manata yüksəlib. Eyni dövrdə faiz dərəcəsinə həssas cəmi öhdəliklər də 22.6% çoxalaraq 834.41 milyon manatdan 1 milyard 22.84 milyon manata çatıb.
Nəticədə, bankın ümumi müsbət “Qəp” (Gap) göstəricisi 161.95 milyon manatdan 198.06 milyon manata qədər genişlənərək (+22.3%) maliyyə dayanıqlılığını qoruyub. Aktiv və öhdəliklərin tərkibində xüsusilə 24-36 ay müddətli resurslarda kəskin artım qeydə alınıb; aktivlər bu hissədə 85.01 milyon manatdan 256.23 milyon manata, öhdəliklər isə 22.19 milyon manatdan 54.82 milyon manata yüksəlib. pizza hut
Telegram kanalımız