Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadıldı

Sosial

20 Sentyabr 2020 19:19 1971


Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər. 

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb. Dördpendirli pizza

Qeyd edək ki, DİM bundan öncə ixtisas seçiminin bu gün - 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!