Alim Qasımov Üzeyirlə duetindən danışdı: “Kim bəyənmisrə, Allah...”

saytların hazırlanması

Evə çatdırılma

Alim Qasımov Üzeyirlə duetindən danışdı: “Kim bəyənmisrə, Allah...”

Mədəniyyət

20 Sentyabr 2026 12:59 664


Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub.

“Yeni Sabah” xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News24.az-a açıqlamasında mahnının zövq və əhval-ruhiyyədən asılı olaraq fərqli qarşılanmasının normal olduğunu bildirib:

“Hər kəsə hörmətim var. Kim tənqid edirsə, özü bilər. Bəyənən də var olsun. Artıq bu güllə ürəkdən atılıb, onu arxaya qaytara bilmərik. Bu mahnı ürəkdən gələn bir şeydir və mənim də xoşuma gəlib. Kim bəyənmirsə, Allah işlərini avand etsin. Hər kəsin öz işidir”. pizza mizza

Xalq artisti mahnının sözləri və Üzeyir Mehdizadə ilə əməkdaşlığı barədə də danışıb:

“Mahnının sözləri mənim könlümə yatdı. Həm də Üzeyir bizim qardaşımızdır. Mən də istədim ki, muğamı bir az gəncləşdirim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!