Almaniyadan Rusiyaya açıq mesaj

saytların hazırlanması

Evə çatdırılma

Almaniyadan Rusiyaya açıq mesaj

Dünya

29 Sentyabr 2026 09:43 55


Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın son dövrlərdə artan hibrid hücumları və təxribat cəhdləri ilə bağlı sərt bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda Berlin müttəfiqləri ilə birlikdə regional təhlükəsizlik risklərini diqqətlə izləyir və NATO çərçivəsində kollektiv müdafiə prinsiplərinə tam sadiqdir. Şərq cəbhəsində və Avropanın təhlükəsizlik arxitekturasında yaranacaq hər hansı birbaşa təhdid qarşısında adekvat addımların atılacağı vurğulanıb.

"Zərurət yarandığı təqdirdə, Almaniya NATO-dakı müttəfiqləri ilə koordinasiyalı şəkildə Moskvaya lazımi cavabı verməyə tam hazırdır", — deyə XİN-in açıqlamasında qeyd olunub. pizza hut

Xatırladaq ki, son aylarda Şimali Atlantika Alyansı (NATO) ölkələri Rusiyanın kiberhücumları və hava məkanının pozulması hallarının artması fonunda çəkindiricilik tədbirlərini gücləndirməyə davam edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!