SON DƏQİQƏ: AMEA rəhbərliyi təcili toplandı

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: AMEA rəhbərliyi təcili toplandı

Sosial

29 İyul 2022 10:18 11673


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyinin iclası çağırılıb.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, hazırda AMEA-da toplantı keçirilir.

İclasda Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ötən gün imzaladığı fərmandan irəli gələn məsələlərin müzakirə olunduğu bildirilir. Dördpendirli pizza

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb. Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.

Bundan əlavə, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı da təsdiq edilib.

Fərmana müvafiq olaraq, AMEA-ya qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!