Amerikalı general Krıma hücum planını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı general Krıma hücum planını açıqladı

Dünya

28 Fevral 2023 17:31 871


ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hoces Ukrayna Silahlı Qüvvələrinin (ZSU) Krımda ehtimal olunan hücum planını açıqlayıb.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə general “Twitter” hesabında paylaşım edib.

B. Hocesin sözlərinə görə, Ukraynanın yarımadanı azad etmək üçün çox uzaq mənzilli silahlara ehtiyacı var: Toyuqlu pizza

“Birinci mərhələdə Ukrayna qüvvələri Rusiya Federasiyasının Qara dəniz donanmasının hərbi infrastrukturuna uzaqmənzilli zərbələr endirməli, ikinci mərhələdə isə işğalçılar üçün vacib olan digər hədəfləri vurmalıdırlar. Çünki yarımada işğalçı ölkənin ordusunun qoşunları üçün yararsız bir regiondur.

Bundan başqa, xəritə göstərir ki, uzaq məsafəli dəqiq zərbələr Krımı Rusiya qüvvələri üçün necə yararsız hala sala bilər. Krımdakı skeptiklər bunun böyük və genişmiqyaslı quru hücumu tələb edəcəyini düşünürlər. Amma ilk növbədə, Krımın Rusiya üçün yararsız hala salınması əsas prioritetdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!