Amil Xəlilin verilişi   BAĞLANDI

saytların hazırlanması

Evə çatdırılma

Amil Xəlilin verilişi BAĞLANDI

Şou

06 Yanvar 2025 12:24 671


Space telekanalında aparıcı Amil Xəlil tərəfindən təqdim edilən “Xəbər adamı” verilişi bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O, bildirib ki, veriliş artıq yayımlanmayacaq.

Məlumatda verilişin bağlanması ilə bağlı dəqiq səbəblər açıqlanmayıb. Bu qərarın kanalın yeni proqram strategiyası çərçivəsində qəbul edildiyi ehtimal olunur. Dominos pizza

Qeyd edək ki, "Xəbər Adamı" verilişi gündəlik aktual xəbərləri və vacib ictimai məsələləri işıqlandıran bir proqram olaraq yadda qalıb. Veriliş izləyicilərinə xəbər dünyasında baş verən ən mühüm hadisələri təqdim edirdi.

Xatırladaq ki, veriliş ötən ilin sentyabr ayında yayımlanmağa başlayıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!