“Ailəmizdə həmişə qədim və qeyri-adi adlara xüsusi hörmət olub. Demək olar ki, biz Azərbaycana geniş yayılan beş ad bəxş etmişik. Mən ilk Anar, bacım ilk Fidandır. Nə vaxtsa bu adlar qeyri-adi idi, bu gun isə adiləşiblər. Tanınmış opera müğənnisi Fidan Qasımovanın adını bacımın adının təsiri ilə qoyublar.
“Yeni Sabah” xəbər verir ki, bunu Xalq yazıçısı Anar Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi, Ç.Aytmatov adına İssık-Kul forumunun vitse-prezidenti və baş katibi, Beynəlxalq xalq diplomatiyası assosiasiyasının vitse-prezidenti, Beynəlxalq ictimai xeyriyyə fondu “Assol”un prezidenti Assol Moldokmatovanın – “Dünyanın liderləri” müəllif rubrikasına müsahibəsində deyib. Yazıçı həmçinin övladlarına qoyduğu adlardan da danışıb:
“Sonralar “Dədə Qorqud” ssenarisi üzərində işləyərkən yeni adlara müraciət etdim. Tural və Günel adları həyata belə vəsiqə aldılar (bu həm də övladlarımın adlarıdır). Bacımın qızının adı Ayseldir və bu gün bu ad da Azərbaycanda ilk verilən addır. pizza
Maraqlı bir əhvalatı danışım. Mən VVAQ-a oğlumun adını qeydiyyata almaq üçün gələndə əməkdaşlardan biri dedi: “Bizdə belə bir ad yoxdur”. O vaxt mən güldüm və soruşdum: “Anar adı sizdə var?” O, cavab verdi: “Nə vaxtsa sizin adınız da qeyri-adi görünüb. İndi siz daha bir qeyri-adi adı qeydiyyatdan keçirməyə gəlmisiniz”.
İllər keçdi və bütün bu adların hamısı həyatımızın təbii hissəsinə çevrildi. Hər yeni şey əvvəlcə təəccübə səbəb olur, sonra isə adiləşir. Bəzən məhz bir ailədə yaranan adlar vaxt keçdikdən sonra bütöv xalqın məişətinə daxil olur”.
Yazıçı müsahibəsində üç böyük hadisənini şahidi olması haqqında da danışıb:
“Bəzən mən yaşadıqlarıma nəzər salıram. Bu yolda çoxlu sınaqlar da olub, bu gün də hələ hər şey başa çatmayıb. Lakin buna baxmayaraq, mən özümü xoşbəxt insan hesab edirəm. Hər şeydən əvvəl ona görə ki, mənə üç böyük hadisənin şahidi olmaq nəsib olub. Birincisi - Azərbaycan müstəqillik əldə etdi. İkincisi - xalqımız öz ərazi bütövlüyünü bərpa etdi və doğma torpaqlarını qaytardı. Və üçüncüsü - Qarabağ məsələsi öz həllini tapdı. Bütün bunları öz gözlərinlə görmək üçün həyatı yaşamağa dəyər. Məhz bu hadisələr mənə hər şeyin boşuna yaşanmadığı hissini bəxş edir”.
Aydan Hacı
Telegram kanalımız