Ankara danışıqların bərpasına ümid edir

saytların hazırlanması

Evə çatdırılma

Ankara danışıqların bərpasına ümid edir

Dünya

08 Oktyabr 2022 09:43 767


Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Rusiya və Ukrayna arasında danışıqların bərpa oluna biləcəyini deyib.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, oktyabrın əvvəlində Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını icra edən fərman verib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə danışıqlar Zelenskinin və ya onun varisinin mövqeyinin dəyişməsini gözləməli olacaq.

İ. Kalın açıqlamasında deyib: "Böyük ehtimalla danışıqlar nə vaxtsa davam edəcək". Marqarita pizza

Onun sözlərinə görə, danışıqların dayandırılması gözlənilən idi.

Kalına görə, Putin Qərblə yeni sövdələşmə” etmək istəyir, çünki Soyuq müharibədən sonrakı razılaşmalar artıq bugünkü Rusiyanı əks etdirmir:

“Bu, şübhəsiz ki, qismən Ukraynaya aiddir. Amma daha böyük məsələ həqiqətən də Rusiya ilə Qərb dünyası arasında yeni razılaşmadır... Yeni Rusiya, yeni dünya, yeni reallıq var və onlar yeni sövdələşmə etmək istəyirlər”, - Türkiyə prezidentinin nümayəndəsi əlavə edib.

Kalın qeyd edir ki, nəticədə qlobal liberal nizam böyük sınaq qarşısındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!