"Apple" gələn il ucuz "iPhone" satışa çıxaracaq

Sent 4, 2019 18:41
Oxunma sayı: 129

Texnologiya nəhəngi "Apple" 2020-ci ildə inkişaf etməkdə olan bazarlarda digər ağıllı telefon istehsalçılarına qarşı yeni ucuz “iPhone” modeli satışa çıxaracaq.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni model “Apple”in "iPhone S" seriyasından olacaq. Telefonun adı və qiyməti hələ açıqlanmayıb.

“Apple”in gələn həftə kecirəcəyi illik toplantıda yeni “iPhone” modellərini tanıtması gözlənilir.

Ötən il dünyanın ən yaxşı ağıllı telefon istehsalçısı öz yerini "Huawei"ə verəndən sonra ucuz “iPhone” modelləri istehsal etmək fikrinə düşüb.

Yenisabah.az