“Apple” şirkəti bazar kapitallaşmasına görə yenidən dünyanın ən dəyərli şirkəti adına sahib olub.
"Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Bununla da şirkət 4,93 trilyon dollar kapitallaşmaya malik “Nvidia”nı geridə qoyub.
Bu dəyişikliyi investorların süni intellekt sahəsinə yatırımlarla bağlı narahatlıqları və “Apple” səhmlərinin daha təhlükəsiz investisiya vasitəsi kimi qəbul edilməsi ilə əlaqələndirilir. pizza hut
“Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu.
Telegram kanalımız