''Arzum”un anası Bakıya gəldi -   Mərhumun ailəsindən CAVAB

saytların hazırlanması

Evə çatdırılma

''Arzum”un anası Bakıya gəldi - Mərhumun ailəsindən CAVAB

Kriminal

11 İyul 2026 12:56 127


“Arzum999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın anası, qəzada dünyasını dəyişən Amalın ailəsi ilə görüşmək məqsədilə Bakıya səfər edib. Lakin iddialara görə, qarşı tərəf bu görüşü qəbul etməyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Arzumun yaxın çevrəsindən olan şəxslərdən biri sosial şəbəkədə paylaşaraq ictimaiyyətə çatdırıb. Mənbənin sözlərinə əsasən, planlaşdırılan görüş baş tutmayıb. Qarşı tərəf heç bir halda barışıq olmayacağını bildirərək, onlara bu mövzuda kiminsə müraciət etməsini istəmədiklərini açıqlayıb. Lakin “Arzum999” ləqəbli tiktokerin anası Sevinc xanım hələ də Bakıda olduğunu və barışıq üçün gözləyəcəyini deyib.

Qeyd edək ki, uzun müddətdir məhkəmə prosesi davam edən və bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirkar bilinən tiktoker “Arzum999” (İlduzə Hacıyeva) məhkəmənin qərarı ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Mərhumun ailəsinin cəzanın daha da ağırlaşdırılması üçün yenidən apellyasiya məhkəməsinə müraciət etdiyi bildirilir. pizza hut

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!