Qobustanda üzərində silah gəzdirən şəxs saxlanılıb.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, 55 yaşlı Sabirabad sakininin üzərində “Makarov” tapançası və “Kalaşnikov” markalı avtomata məxsus, atəş üçün yararlı güllələr, o cümlədən narkotik vasitə aşkarlanıb.
O, Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə cinayət işi açılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. İnternetdən sifariş
Təqsirləndirilən şəxs ifadəsində silahların atasından ona miras qaldığını, tapança və patronları üzərində daşımaqda məqsədinin rayona gedərkən onları Kür çayına atmaq olduğunu bildirib.
Məhkəmənin hökmünə əsasən, təqsiri sübuya yetirilən Sabirabad sakini 3 il müddətinə azadlıqdan məhrum edilib.
Telegram kanalımız