Türkiyənin teatr və kino sənətinin tanınmış simalarından olan Gülsen Tuncer 81 yaşında vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, bir müddətdir beyin xərçəngindən müalicə alan sənətçinin xəstəliyinin 4-cü mərhələdə olduğu bildirilmişdi. Gülsen Tuncer xüsusilə “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə geniş tamaşaçı kütləsinin yaddaşında qalıb. Serialda “Arsen Hala” kimi tanınan obraz Ziyagil ailəsinin üzvlərindən biri idi.
Tuncerin vəfatı ilə bağlı xəbər Türkiyənin sənət cameəsində də böyük əks-səda doğurub. Onun ölüm xəbərini müxtəlif sənət və mədəniyyət qurumları da paylaşıb. Marqarita pizza
1945-ci il oktyabrın 20-də Adanada dünyaya gələn Gülsen Tuncer İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib. O, sənət təhsili dövründə Yıldız Kenter və Ayla Algan kimi tanınmış teatr xadimlərindən dərs alıb. Aktrisa peşəkar teatr fəaliyyətinə 1968-ci ildə Gülriz Sururi-Engin Cezzar Teatrında səhnəyə qoyulan “Zilli Zarife” tamaşası ilə başlayıb. Sonrakı illərdə müxtəlif teatr kollektivlərində çalışıb, həmçinin kino və televiziya layihələrində rol alıb.
Gülsen Tuncerin fəaliyyəti yalnız aktyorluqla məhdudlaşmayıb. O, səs aktyorluğu, sənət rəhbərliyi, yazıçılıq, bəstəkarlıq və pedaqoji fəaliyyətlə də məşğul olub. Məlumata görə, sənətçi 80-ə yaxın film və serialda rol alıb, 40-dan çox ekran işində isə kamera arxasında müxtəlif vəzifələrdə çalışıb.
Sənətçinin çəkildiyi ekran işləri arasında “Fatmagül'ün Suçu Ne”, “Afife Jale”, “Gramofon Avrat”, “On Kadın”, “Berdel”, “İlk Aşk”, “Sinema Bir Mucizedir” və digər layihələr yer alır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız